Azərbaycan Milli İncəsənət Muzeyində "Fransa incəsənəti" sərgisi keçiriləcək. Sərgi martın 10-dan mayın 6-dək davam edəcək. Sərgidə Luvr, Deorsey, Versal, Pompida, Marsel və Lionda yerləşən məşhur dünya muzeylərindən işlər nümayiş olunacaq. Sərgiyə gələnlər Edqar Deq, Roden, Anri Matiss, Anri Tuluz Rotrek, Jan Simeon Şardin, Ejen Delakrua, Rene Lalik, Ogüst Renua və başqalarının əsərlərini görə biləcəklər.
Ekspozisiya 17, 18, 19-cu əsrlər və müasir dövr üzrə bölmələrə ayrılacaq. Hər zalın rəngi mərhələdən asılı olaraq inqilabi qırmızı, yaşıl Napoleon rənglərə boyanacaq. Hər dövrün, hər zalın özünəməxsus musiqisi olacaq. Məqsəd iştirakçılara əsil fransız incəsənətini, ruhunu hiss etdirməkdən ibarətdir.
Bütün Polşa onun haqqında danışır...