Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə İşçi Qrupunun növbəti iclasında Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşı Kəmalə Həsənova təmsil edib.
İclasda QDİƏT-ə üzv olan dövlətlərdə viza rejiminin rəsmiləşdirilməsi prosesinin asanlaşdırılması, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair turizm növlərinin Qara dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin və birgə turizm informasiya mərkəzinin yaradılması və digər məsələlər əsas müzakirə mövzusu olub.
Bütün Polşa onun haqqında danışır...