Mart ayının 10-da Sankt-Peterburq Opera Teatrında Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının növbəti yığıncağı keçiriləcək. Azərbaycan Musiqili Komediya Teatrının mətbuat xidmətindən "SƏS" qəzetinə verilən məlumata görə, Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə mart ayının 9-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev yığıncaqda iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.
Assosiasiyanın ümumi yığıncağında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Rusiyaya qastrolları, assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və Rusiya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə ediləcəkdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı binasının təmiri ilə əlaqədar olaraq, teatrda istismara veriləcək yeni texniki avadanlıqlar üzrə mütəxəssislərin tanınmış teatrlarda stajkeçmə məsələləri də müzakirə olunacaq məsələlər sırasındadır.
Bütün Polşa onun haqqında danışır...