PDF Oxu

Mədəniyyət

  • 1 025

“Baku” jurnalının rəsmi saytının  yeni versiyası Moskvada

“Baku” jurnalının rəsmi saytının yeni versiyası Moskvada

Moskvada "Baku" jurnalının rus və ingilis dillərində rəsmi saytının (www.baku-media.ru) yeni versiyası yaradılıb.Saytın yenilənmiş versiyasında Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi barədə daha geniş məlumat verən yeni bölmələr yaradılıb.

Məsələn, saytın istifadəçiləri "Bələdçi" rubrikasında Bakının görməli yerləri, teatr və muzeyləri, xalçalar və xalçaçılıq, müasir incəsənət, kulinariya, milli musiqi və çalğı alətləri, muğam, caz haqqında informasiya ilə tanış olmaq, bu məlumatları yükləmək imkanı əldə ediblər.

Daha bir yenilik "Video" bölməsidir. Bu bölmədə "Baku" jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti və "Baku" jurnalının keçirdiyi tədbirlər haqqında videoreportajlar təqdim edilir.

"Bloqlar" bölməsində Bakı barədə təəssüratlara aid məlumat əldə etmək olar. Burada arzu edən hər kəs bizim gözəl diyarımıza səyahətdən aldığı təəssüratlar barədə söhbət aça bilər.

Nəhayət, bundan sonra "Baku" jurnalının nəşrə başladığı vaxtdan rus və ingilis dillərində bütün nömrələrini MAC, PC Ipad i Android versiyalarında yükləmək mümkün olacaqdır.

Digər xəbərlər