PDF Oxu

Mədəniyyət

  • 899

“Leyli və Məcnun” operası ilk audio versiyada

“Leyli və Məcnun” operası ilk audio versiyada

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə olaraq audio versiyası hazırlanır. Layihəni Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Konservatoriyası ilə birlikdə reallaşdırır.

Məcnun rolunun mahir ifaçısı, xalq artisti Mənsum İbrahimovun bildirdiyinə görə, ilk dəfədir ki, operanın studiya səviyyəsində audiodiski hazırlanır. Orkestr və xor partiyalarının yazılışı artıq başa çatıb. Hal-hazırda audiolent üzərində iş gedir. Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi başlananadək audiodiskin hazır olacağı planlaşdırılır.

Mənsum İbrahimovun operada tərəf-müqabili xalq artisti Nəzakət Teymurovadır.

Digər xəbərlər