PDF Oxu

Mədəniyyət

  • 1 135

“Cosi Fan Tutte” operası səhnəmizdə

“Cosi Fan Tutte” operası səhnəmizdə

Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, sözügedən teatrda görkəmli Avstriya bəstəkarı V.A.Motsartın məşhur "Cosi fan tutte" ("Hamı belə edir") operasının premyerası keçiriləcək. Bu opera klassik opera sənətinin incilərindən olub, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu-rejissoru Ukraynanın tanınmış opera rejissoru, Ukrayna Respublikasının əməkdar incəsənət xadimi - Nikolay Tretyakdır, quruluşçu rəssam - əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeyster - əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu - Azərbaycanın xalq artisti Mədinə Əliyeva, konsertmeyster - əməkdar artist Məlahət İsmayılovadır.

Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova (Fyordilidji), Səbinə Əsədova (Dorabella), Fərid Əliyev (Ferrando), Anton Ferştandt (Qulyelmo), həmçinin, əməkdar artistlər İnarə Babayeva (Despina) və Əkrəm Poladov (Don Alfonso) iştirak edirlər.

Azərbaycanda ilk dəfə səhnəyə qoyulan "Hamı belə edir" operasının tamaşası, heç şübhəsiz ki, şəhərimizin mədəni həyatında çox əlamətdar bir hadisə olacaq.

Digər xəbərlər