Azərbaycanın "Eurovision-2012" təmsilçisi Səbinə Babayevanın tanıtım turunun tarixləri açıqlanıb. Trend eurovision.az saytına istinadən məlumat verir ki, təmsilçimiz ilk olaraq Macarıstan, daha sonra Niderland və Böyük Britaniyaya səfər edəcək.
Səbinə Babayeva aprelin 6-7-də Budapeştdə tələbə forumunda iştirak edəcək və pərəstişkarları tərəfindən təşkil edilmiş bir neçə tədbirə qatılacaq. Təmsilçimiz Macarıstanı "Eurovision-2012"-də "Sound Of Our Hearts" mahnısı ilə təmsil edəcək "Compact Disco" qrupu ilə görüşəcək, eləcə də bir neçə televiziya şousunda iştirak edəcək.
Xatırladaq ki, aprelin 21-də Niderlandda "Eurovision" mahnı müsabiqəsindən əvvəl ən böyük promo hadisə - "Eurovision in Concert"in dördüncü konserti olacaq. Səbinə Babayeva bu konsertdə çıxış edəcək. Daha sonra təmsilçimiz aprelin 29-da Londonda "Eurovision" əyləncə gecəsinə baş çəkməyi planlaşdırır. Böyük Britaniyada beşinci yubiley tədbir zamanı Səbinə "When the Music Dies" müsabiqə mahnısını ifa edəcək.
Bütün Polşa onun haqqında danışır...