PDF Oxu

Mədəniyyət

  • 1 534

Bilgəhdə müharibə, əmək əlillərinin müalicəsi pansionatına ziyarət...

Bilgəhdə müharibə, əmək əlillərinin müalicəsi pansionatına ziyarət...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Bura Vətəndir" məclisinin sədri Səriyyə İsmayılova, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü, mərkəzin "Qadınlar şurası"nın və "Məhsəti" Şairlər Birliyinin sədri, eyniadlı jurnalın təsisçisi və baş redaktoru Fəridə Ləman, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, Universitetin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Salatın Əhmədli, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası Laləzar Ocaqquliyeva Bilgəhdəki müharibə, əmək əlillərinin müalicəsi pansionatında olublar.

Pansionatın sakinləri ilə görüşdə Səriyyə İsmayılova, Fəridə Ləman, Salatın Əhmədli və Laləzar Ocaqquliyeva çıxış edərək, ölkə Prezidentinin, qocalara, əlillərə, kimsəsizlərə olan diqqət və qayğısından danışmış, şeirlər oxumuş, müəllifləri olduqları kitabları, müxtəlif maraqlı jurnal və qəzetləri, habelə, Səməd Vurğun ev-muzeyinin göndərdiyi kitabları pansionatın kitabxanasına hədiyyə etmişlər.

Salatın Əhmədli və Səməd Vurğun ev-muzeyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 aprel 2012-ci ildə "Biz teatrı sevirik" layihəsi çərçivəsində keçiriləcək tədbirdə göstəriləcək Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşasına şəxsi vəsaitləri hesabına aldıqları biletləri pansionatın sakinlərinə hədiyyə edərək, onları tamaşaya dəvət etmişlər.

Bilgəh müharibə, əmək əlillərinin müalicəsi pansionatının direktoru Bəhruz Əlimədətov və pansionatın sakinləri bu görüşdən məmnun olduqlarını və təşəkkürlərini gələn qonaqlara bildirmişlər.

Digər xəbərlər