2012-ci ilin "Kitabxanalar İli" elan edilməsi ilə əlaqədar Xaçmaz və Şabran rayon icra hakimiyyətlərinin təşəbbüsünə Quba rayonu da qoşulub. Bununla əlaqədar olaraq, Quba rayon icra hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Sərəncamda rayonda Kitabxana-informasiya sahəsinin inkişafına dair Tədbirlər Planının hazırlanması və rayon icra hakimiyyətinə təqdim olunması barədə tapşırıq verilib. 2012-ci ilin Quba rayonunda "Kitabxanalar ili" elan edilməsi ilə hazırlanan Tədbirlər Planına "Quba və qubalılar" kitabının, "Quba - turizm və abidələr diyarıdır" adlı elektron məlumat bazasının hazırlanması, rayon MKS-nin kitabxana filiallarının birində "1918-ci ilin Quba soyqırımı" guşəsinin yaradılması, habelə, kitabxanalarda mütaliənin inkişafına dair kompleks tədbirlərin (dəyirmi masa, seminar, mütaliə yürüşləri) keçirilməsi nəzərdə tutulub. Bundan başqa, kitabxanaların fondlarını elektron informasiya daşıyıcıları, multimedia vasitələri ilə zənginləşdirilməsi, kitabxanaların müasir avadanlıqlarla təchiz edilməsi, habelə, rayon ərazində kitabxana filiallarının binalarının təmiri və əsaslı təmiri sözügedən Tədbirlər Planına daxil ediləcəkdir.
Bütün Polşa onun haqqında danışır...