PDF Oxu

Mədəniyyət

  • 1 168

Eurovision- 2012”nin rəsmi Fan Klubunu bəyənənlərin sayı 20.000 nəfəri keçdi

Eurovision- 2012”nin rəsmi Fan Klubunu bəyənənlərin sayı 20.000 nəfəri keçdi

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubu olan "Ogae Azərbaycan"ın sosial şəbəkələrdə bəyənilmə sayı 20 mini keçib. "Ogae Azərbaycan"dan SİA-ya verilən məlumata görə, müsabiqə üzrə rəsmi fan-klub Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi "Eurovision- 2012"yə dəstək istiqamətində fəaliyyətini davam etdirir. Bildirilir ki, artıq sosial yönümlü kütləvi aksiyalara start verən fan-klub, son ay ərzində 50-dən çox tədbir və aksiyalar keçirib.

Artıq fan-klub, yalnız sosial şəbəkələrdə deyil, yerli və xarici mətbuatda, TV kanallarda böyük maraq yaradır və onun fəaliyyəti haqda məlumat bütün izləyicilərə və oxuculara çatdırılır. "Ogae Azərbaycan" gələcək 2 ay ərzində "Eurovision"a marağı artırmaq məqsədi ilə bir sıra orijinal aksiyalar, FlashMob-lar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və bu istiqamətdə təbliğat xarakterli tədbirlər həyata keçirmək niyyətindədir.

Rəsmi fan-klubun "facebook" sosial şəbəkəsindəki səhifəsi 22.000, youtube kanalında 51.000, twitter-də 700 nəfərdən çox bəyənilib və izlənilib.

Digər xəbərlər