Azərbaycanın ev sahibliyi etdiyi 57-ci Eurovision şousundakı ölkə təmsilçimiz Səbinə Babayeva Budapeştdən Ukraynaya qayıdıb. SİA-nın məlumatına görə, müğənninin Macarıstan səfəri uğurlu olub. O, "When The Music Dies" mahnısı ilə qonaq olduğu ölkənin Dövlət Televiziyasında bir neçə şou proqrama dəvət alıb, yerli radiolardan birinə müsahibə verib. Səbinə Macarıstan səfirliyinin təşkil etdiyi Azərbaycan mədəniyyəti axşamında olub. Həmin tədbirdə "Eurovision 2011? qalibləri Ell/Nikki dueti, Bakı musiqi akademiyasının Gənclər kamera orkestri və Azərbaycan milli filarmoniyasının musiqiçiləri və rəqqasları çıxış ediblər. Səfər müddətində Səbinə Babayeva Macarıstanın builki şou təmsilçiləri "Compact Disco" qrupunun üzvləri ilə də görüşüb.
Bütün Polşa onun haqqında danışır...