PDF Oxu

Mədəniyyət

  • 854

Azərbaycanda əhalinin “Eurovision”a marağını artırmaq üçün müxtəlif tədbirlər keçiriləcək

Azərbaycanda əhalinin “Eurovision”a marağını artırmaq üçün müxtəlif tədbirlər keçiriləcək

"Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu yaxın 2 ay ərzində insanlar arasında müsabiqəyə marağı artırmaq məqsədilə bir sıra orijinal aksiyalar, fleşmoblar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və bu istiqamətdə təbliğat xarakterli tədbirlər həyata keçirəcək.

Fan Klubdan Trend-ə verilən məlumata görə, Fan Klub son ay ərzində 50-dən çox tədbir və aksiya keçirib.

Son bir ay ərzində Fan Klubu Murad Dadaşov, Səbinə Babayeva, Eldar Mansurov, Fəxrəddin Manafov, Coşqun Rəhimov, Rafael Ağayev, Çingiz Mustafayev (DJ Çina), Murad Sadıx, Ədalət Şükürov, Hüsniyə Məhərrəmova, Fərhad Bədəlbəyli və Cəmil Əmirov kimi şəxslər dəstəkləyiblər.

Məlumatda bildirilib ki, Fan Klubu dəstəkləyən insanların sayı günü-gündən artır. Facebook sosial şəbəkəsində Fan Klubu izləyənlərin sayı 22 000, Youtube-da 51 000, Twitter-də 700 nəfərdən çoxdur.

Youtube: http://www.youtube.com/watch?v=Zo8uFPGtGH8&feature=youtu.be

Facebook: http://www.facebook.com/eurovisionbakuwesupport?ref=ts

Digər xəbərlər