PDF Oxu

Mədəniyyət

  • 1 080

“Qatil” tamaşası Tbilisidə

“Qatil” tamaşası Tbilisidə

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qastrol səfərində olub. Tamaşa Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin və Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin köməyi ilə baş tutub.

Teatrın gənc aktyorları görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin "Ağ bayraqlar" tamaşasını rayon mədəniyyət evinin səhnəsində əsl peşəkarlıqla nümayiş etdiriblər. Rolları məharətlə ifa edən gənc aktyorlardan Namiq Musayev, Aslan Məmmədov, Fazil Bayramov, Şeyla Cəfərova, Azər Əliyev, Vüqar Maşov, Binəli Akifov, Anar Rafiqoğlu dəfələrlə tamaşaçı alqışları qazanıblar.

"Ağ bayraqlar" tamaşasının quruluşçu rejissoru Namiq Valehoğlu açıqlamasında qastrol səfərini azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Qardabani, Rustavi, Marneuli şəhərlərində də davam etdirəcəklərini bildirib. O, azərbaycanlı əhalinin Azərbaycan dilində səhnələşdirilən tamaşalara baxmasını bildirib. Bu ayın axırında yenidən Elçin Əfəndiyevin "Qatil" tamaşası Tbilisidə oynanılacaq. Namiq Valehoğlu indiyədək Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dörd tamaşa hazırlandığını qeyd edib. Belə bir dəstəyi Gürcüstan hökuməti də göstərməyə başlayıb. Bunu sevindirici bir hal kimi qiymətləndirib. Rejissor Türkiyəyə də səfər etməyi planlaşdırıb.Bunun üçün ciddi hazırlıq işləri aparılır.

Qeyd edək ki, tamaşaya baxışda hökumət nümayəndələri, gürcü və azərbaycanlı ictimaiyyətinin nümayəndələri, ziyalılar, QHT təmsilçiləri, jurnalistlər, şəhər sakinləri, ətraf bölgələrdən gələn azərbaycanlılar iştirak ediblər.

Digər xəbərlər