PDF Oxu

Mədəniyyət

  • 1 134

İtaliyada Azərbaycan Mədəniyyəti Günləri

İtaliyada Azərbaycan Mədəniyyəti Günləri

Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

Möhtəşəm Kariniano Teatrı qədim və zəngin mədəniyyətə malik italiyalıların qürur mənbəyi sayıla bilər. Turin şəhərinə xüsusi gözəllik verən bu qədim teatr bu dəfə Azərbaycan mədəniyyət xadimlərinin ixtiyarına verilmişdi. İtaliyada Azərbaycan Mədəniyyəti Günləri yüksək səviyyədə keçirilir.

Mərasimdə Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola, ölkəmizin mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, İtaliya ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əlaqələrin olduğunu vurğulayıb. Turindən başlanan Azərbaycan Mədəniyyəti Günlərinin bu mənada xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər. Sonra xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblı, əməkdar artist Elnarə Kərimovanın başçılıq etdiyi "Buta" kamera xoru, əməkdar artist Fidan Hacıyeva və digər sənətçilərimiz öz virtouz ifaları ilə, sözün həqiqi mənasında, turinliləri heyran ediblər.

Tədbirin çox gözəl keçdiyini qeyd edən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi tamaşaçıların da sənət adamlarından nə qədər razı qaldıqlarının göz qabağında olduğunu bildirib. R.Boldi Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və sosial həyata göstərdikləri dəstəyin İtaliyada yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyanı çox sevdiyini qeyd edib.

İtaliyanın Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola Azərbaycan Mədəniyyəti Günlərində iştirakından məmnunluq ifadə edib. M.Kapola vurğulayıb ki, Azərbaycan zəngin mədəniyyətə malik olan ölkədir.

Digər xəbərlər