PDF Oxu

Mədəniyyət

  • 1 258

Həmyerlimiz Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib

Həmyerlimiz Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib

Həmyerlimiz, tanınmış Azərbaycan heykəltəraşı, Gəncə şəhərinin baş heykəltəraşı, Azərbaycanın əməkdar rəssamı Şərif Şərifov Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib. Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti Azərbaycan heykəltəraşının uzun illər səmərəli fəaliyyətinə və müasir incəsənətin inkişafına böyük töhfəsinə görə ona bu yüksək adın verilməsi haqqında qərarı yekdilliklə qəbul etmişdir.

Rusiya Rəssamlıq Akademiyasında Rəyasət Heyətinin iclası çərçivəsində diplomun təqdim edilməsi mərasimi olub. Akademiyanın prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına akademiyanın Fəxri üzvü diplomunu, medalını və mantiyasını təqdim edib. Hazırda heykəltəraş "Gəncəyə giriş" və dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında "Xəmsə" arxitektura kompleksinin yaradılması üzərində işləyir.

Digər xəbərlər