Dünən, aprelin 25-i, Səbinə "Eurovision 2012" mahnı müsabiqəsinin Belçikalı iştirakçısı İrisin albomunun prezentasiyasında çıxış etmişdir. Azərbaycanlı müğənni müsabiqədə ifa edəcəyi mahnını - məftunedici "When the Music Dies" balladasını ifa etmişdir. Səbinə və İris birlikdə səhnəyə qalxmışlar və Azərbaycanın nümayəndəsi İrisi albomunun çıxması münasibətilə təbrik etmiş və Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində ona uğurlar arzu etmişdir. Müğənnilər mətbuat nümayəndələri və pərəstişkarları ilə ünsiyyətdə olmuşlar. Yeri gəlmişkən, Belçikada olarkən Səbinə bu ölkənin daha bir "Eurovision" iştirakçısı - 2011-ci ildə Osloda keçirilmiş müsabiqədə Belçikanı təmsil edən Tom Daysla da tanış olmuşdur. Səbinə bir daha İrisi Bakıya dəvət etmiş və səmimi qəbul üçün ona öz minnətdarlığını bildirmişdir. İfasından sonra Səbinə, Belçikanın VTR telekanalının nümayəndələrinə, aparıcı kütləvi informasiya vasitələrinə və hətta gənc jurnalistlərə də müsahibə vermişdir! Onlar özləri və sualları çox ciddi idi!
Bütün Polşa onun haqqında danışır...