Aprelin 29-da "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Fan Klubunun təşəbbüsü ilə təşkil olunan Dənizkənarı Milli Parkda açıq havada möhtəşəm konsert keçiriləcək. Eurovision.az saytı xəbər verir ki, "Eurovision Mahnı Müsabiqəsi 2012"-nin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə keçiriləcək konsert proqramının əsas məqsədi yarışma ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.
Fan Kluba dəstək məqsədilə keçirilən konsertdə Emin Ağalarov, Azərbaycanı "Eurovision 2010"-da təmsil edən Safura Əlizadə, "Eurovision 2011"-in qalibləri Eldar və Nigar, eləcə də, digər tanınmış müğənnilər çıxış edəcək. 19.00-da başlayacaq konsertdə, həmçinin, Gürcüstanı "Eurovision Mahnı Müsabiqəsi 2012"-də təmsil edəcək Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı nəzərdə tutulur. Murad Dadaşovun aparıcılığı ilə keçiriləcək şouya giriş sərbəst olacaq və iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək.
Bütün Polşa onun haqqında danışır...