PDF Oxu

Mədəniyyət

  • 1 152

“Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının  perspektivləri” adlı konfrans işə başlayıb

“Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı konfrans işə başlayıb

Aprelin 27-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İKOMOS), həmçinin, Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə dünyanın 50-dən artıq ölkəsindən mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən ən nüfuzlu elm adamları, ekspertlər və siyasətçilər iştirak edirlər.

Tədbir çərçivəsində Ermənistan tərəfindən zəbt edilmiş mədəni irsimizlə bağlı fotosərgi nümayiş etdirilib. Sərginin bir qismi işğal altında olan Azərbaycan ərazilərindəki tarixi abidələrin indiki vəziyyətini əks etdirir və yeni əldə olunmuş fotoşəkillərdən ibarətdir.

Konfransı açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakı konfransı tarixi şəhərlərin, xüsusilə də, YUNESKO - nun dünya irs siyahısına daxil edilmiş və yaxud bu qurumun tövsiyələri əsasında dünya irs obyektlərinin yerləşdiyi bəşəri irs əhəmiyyətli şəhərlərin landşaftının inkişaf meyillərini, həmçinin, urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirlərini araşdırmağa çalışacaq.

Aprelin 29-da başa çatacaq konfrans işinə 4 sessiyada davam edəcəkdir.

Digər xəbərlər