PDF Oxu

Mədəniyyət

  • 1 059

“Ulduzlar “Eurovision”u dəstəkləyir”

“Ulduzlar “Eurovision”u dəstəkləyir”

"Eurovision-2012" Mahnı Müsabiqənin açılışına 21 gün qalmış görülən işlərin miqyası genişlənməkdədir. Elə bu günlərdə bir-birinin ardınca "Eurovision-2012" Mahnı Müsabiqəsinin rəsmi Fan Klubunun təşəbbüsü ilə təşkil olunan tədbirlər də bu yarışmaya diqqətin artmasının daha bir nümunəsidir. Bu tədbirlərin əsas məqsədi "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində əhalini yarışmanın ruhuna kökləmək, bu möhtəşəm şouya marağı daha da artırmaqdır. Müxtəlif tədbirləri gerçəkləşdirən Fan Klubu yarışma ərəfəsində növbəti aksiyaya start verib. Bazar günü Dənizkənarı Milli Parkda təşkil olunan "Ulduzlar "Eurovision"u dəstəkləyir" konserti də bu tədbirlərin davamıdır.

Dənizkənarı Milli Parkda açıq səma altında quraşdırılan səhnədə bir-birindən maraqlı ifalar təqdim olunub. Konsertin təşkil olunduğu məkan, həmişə olduğu kimi, bayramsayağı bəzədilib, müsabiqənin rəmzi bayrağı ilə yanaşı, Azərbaycanın Dövlət Bayrağı da dalğalanıb. "Eurovision-2012" Mahnı Müsabiqəsinin rəsmi Fan Klubunun təşəbbüsü ilə təşkil olunan konsertdə müğənni-bəstəkar Emin Ağalarov, Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Joxadze, bu ölkənin "Eurovision 2008"-ci ildəki iştirakçısı Diana Qurtskaya, ukraynalı müğənni Ani Lorak, Azərbaycanın "Eurovision 2010" təmsilçisi Safura Əlizadə, "Eurovision 2011"-in qalibləri Eldar və Nigar çıxış ediblər.

"Eurovision Mahnı Müsabiqəsi 2012"-nin açılışı ərəfəsində keçirilən bu şouda çıxış edən hər bir kəs Azərbaycanın fərqli bir müsabiqəyə ev sahibliyi etdiyini bildirib və Bakının hər bir kəsdə xoş təəssüratlar yaradacağını vurğulayıblar. "Bakını çox sevirəm, bu dəfə daha çox sevdim"-deyə ukraynalı müğənni Ani Lorak bildirib. Gürcüstanın "Eurovision Mahnı Müsabiqəsi 2012"-dəki təmsilçisi Anri Joxadze isə Bakının ürəyinin bir hissəsi kimi diqqətə çatdırıb. Konsertdə çıxış edən "Eurovision" ulduzları hamını Bakıya - may ayında təşkil olunacaq unudulmaz müsabiqəyə səsləyib. Tanınmış müğənni Emin Ağalarov "Eurovision 2012"-dəki favoritlərini və səs verəcəyi təmsilçinin adını da açıqlayıb. Onun builki "Eurovision" Mahnı Müsabiqəsinin iştirakçıları arasında favoritləri sırasında Səbinə Babayeva, Engelbert Hamperdinkin adı var. Eyni zamanda, Rusiya təmsilçilərini də dəstəkləyir. "May ayında Bakıya gələn hər bir kəs Azərbaycanın gözəlliyinə, insanlarına heyran olacaq. Azərbaycan paytaxtında təşkil ediləcək bu yarışma öz möhtəşəmliyi ilə ürəkləri fəth edəcəkdir". Emin Ağalarovun çıxışı gecəyə xüsusi rəng qatıb. Müğənni, həmişə olduğu kimi, bu dəfə də səhnədə olduğu zaman ekranda zamanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vaxtı ilə oxuduğu mahnılardan franqmetlər nümayiş etdirilib. Bir - birindən fərqli və rəngarəng ifalar və qeyri-adi səhnə tərtibatı tamaşaçılara xoş anlar bəxş edib. Gecəyə müğənni Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin şah əsəri olan "Azərbaycan" mahnısı ilə yekun vurulub.

NƏZAKƏT

Digər xəbərlər