PDF Oxu

Mədəniyyət

  • 905

ABŞ-ın Smitsonian İnstitutunun muzey mütəxəssislərinin Azərbaycana səfəri

ABŞ-ın Smitsonian İnstitutunun muzey mütəxəssislərinin Azərbaycana səfəri

Bakıda və Naxçıvanda muzey işinə dair "Muzeylərin idarəedilməsi və inkişafı" mözusunda seminar-treninqlərin keçirilməsi məqsədilə Smitsonian İnstitutunun Asiya Mədəniyyət Tarixi Muzeyinin direktoru, Antropologiya şöbəsinin Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə təlimatçısı dr. Pol Maykl Teylor və onun 3 nəfər həmkarı Azərbaycanda olublar.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin ilk günü qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş və Azərbaycanda muzey işinin vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə edilibdir.

Təşkil edilmiş seminar-treninqlərdə Bakı şəhərində və regionlarda yerləşən muzeylərin rəhbərləri və əməkdaşları iştirak ediblər. Seminar-treninqlərdə müasir Amerika muzeylərinin fəaliyyəti, idarəçiliyin mütərəqqi üsulları (müasir menecment), muzey işinə yeni yanaşma, muzey toplularının qorunması, muzey işçiləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin yerlərdə tətbiq edilməsi, açıq kommunikasiya sahəsinin formalaşması, mədəni turizmin inkişafı, habelə, müxtəlif mövzularda mühazirələr təqdim edilib. Təlim zamanı çıxışlar slayd şou ilə müşayiət edilib. Tədbir iştirakçılarına Smitsonian İnstitutunun sertifikatları təqdim edilib.

Qonaqlar Naxçıvan MR-ə səfər etmiş, burada fəaliyyət göstərən muzeylərin rəhbərlərinin iştirakı ilə treninqlər təşkil ediblər. Səfər proqramına əsasən, nümayəndə heyəti Naxçıvanda yerləşən bir sıra muzey və qoruqlarla tanış olaraq, habelə, Naxçıvanda Pensilvaniya Universitetinin arxeoloqlarının apardıqları qazıntı ərazisinə baxış keçiriblər. Treninqlərdə müasir muzey işinə dair geniş fikir mübadiləsi aparılmış, qonaqlar tədbir iştirakçılarının çoxsaylı suallarına cavab veriblər.

Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, "Atəşgah" məbədində, İçərişəhər qoruğunda olmuşlar, habelə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyası ilə tanış olublar. Onlara Qədim Musiqi Alətlər Ansablının konserti təqdim edilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutmuş tədbirdə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Muzey işi sektorunun məsul işçiləri, ABŞ səfirliyinin əməkdaşları iştirak ediblər.

Qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilmişdir. Görüşdə Azərbaycanda muzey işinin vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər xəbərlər