“Eurovision” mahnı müsabiqəsində qalibiyyət deyil, iştirak əsasdır
"Eurovision" mahnı müsabiqəsində qalibiyyət deyil, iştirak əsasdır. AzərTAc xəbər verir ki, bu sözləri mayın 17-də "Baku Crystal Hall"da ikinci məşqindən sonra keçirdiyi mətbuat konfransında Albaniya təmsilçisi Rona Nişliu demişdir. Müsabiqədə ifa edəcəyi mahnı barədə məlumat verən Albaniya təmsilçisi ifasının bir şəxsin həyat təcrübəsindən bəhs etdiyini diqqətə çatdırmışdır. O demişdir: "Mahnımın alban dilində olması ifaya orijinallıq qatır". Yarışmada iştirak edən müğənni Bakı səhnəsində ölkəsini tək təmsil etməsinin səbəbini jurnalistlərlə bölüşmüşdür. Bildirmişdir ki, səhnədə tək olduğu zaman hisslərini, düşüncələrini tamaşaçılara çatdırmaqda çətinliklə üzləşmir.
Rona Nişliu demişdir: "Tamaşaçının səhnədə sərgilənən performansa dəyər verməsi müğənni üçün ən böyük uğurdur".