PDF Oxu

Mədəniyyət

  • 922

“Yenidən qalib olsam, qürur duyaram”

“Yenidən qalib olsam, qürur duyaram”
Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsi-2012 təmsilçisi Səbinə Babayeva ikinci məşqindən sonra ilk mətbuat konfransını keçirib. Səbinə Babayeva məşqlərinin uğurla davam etdiyini bildirib. Qeyd edək ki, Azərbaycan təmsilçisinin "When the music dies" mahnısında muğam hissəsini xalq artisti, muğam ustası Alim Qasımov ifa edib. Səbinə Babayeva Alim Qasımovla birgə səhnədə olmaqdan qürurlandığını bildirib. Azərbaycan təmsilçisi Alim Qasımovun ona səhnə hazırlıqlarında böyük kömək etdiyini deyib. Səbinə Babayeva Azərbaycanı Azərbaycanda təmsil etməyin böyük məsuliyyət olduğunu bildirib və "Yenidən qalib olsam, qürur duyaram" deyib. Muğam ustası Alim Qasımov "Eurovision" səhnəsində Azərbaycan təmsilçisi ilə birgə ifa təklifini alanda şad olduğunu deyib və mətbuat konfransı zalında öz möhtəşəm muğam ifasını səsləndirib. Xatırladaq ki, Alim Qasımov, həmçinin, "Eurovision" Mahnı Müsabiqəsi-2012-nin mayın 26-da keçirilən final mərhələsinin açılış şousunda iştirak edəcək. Elə bu gün keçirilən mətbuat konfransından dərhal sonra Alim Qasımov açılış şousunun məşqinə gedib.

Digər xəbərlər