PDF Oxu

Mədəniyyət

  • 1 526

Albaniya “Eurovision” Mahnı Müsabiqəsinin birinci yarımfinalını yayımlamayacaq

Albaniya “Eurovision” Mahnı Müsabiqəsinin birinci yarımfinalını yayımlamayacaq

Albaniya ölkədə baş verən avtobus qəzasına görə, "Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalını canlı yayımlamayacaq. Buna baxmayaraq, Albaniya münsif səsverməsində iştirak edəcək. "Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand avtobus qəzası zamanı yaşanan faciəyə kədərləndiklərini bildirib və qeyd edib ki, Albaniyanın şounun birinci yarımfinalını yayımlamamasına dair müraciəti müsbət dəyərləndirilib. Onun sözlərinə görə, Albaniyanın bu qərarı ölkənin müsabiqədə iştirakına təsir etməyəcək və ölkə şounun ikinci yarımfinal və final mərhələlərini yayımlayacaq.

Digər xəbərlər