PDF Oxu

Mədəniyyət

  • 1 326

Səbinənin quruluşunda texnologiyalar sənəti

Səbinənin quruluşunda texnologiyalar sənəti

Azərbaycan təmsilçisi Səbinə Babayevanın "Eurovision 2012" üçün müsabiqə nömrəsi - üç dəqiqəlik quruluşda zərif şəkildə bir-biri ilə uzlaşan milli ənənələrin, sənətin və müasir texnologiyaların bənzərsiz birləşməsidir. Səbinə səhnəyə, "Eurovision" müsabiqə səhnəsində ilk dəfə istifadə olunacaq xüsusi texnoloji effektin elementi - səhnə kostyumuna video proyeksiyası olan orijinal libasda çıxacaq. Vizual xüsusi effektlərlə ən son texnologiyalardan istifadə və Səbinənin mükəmməl vokal göstəriciləri müğənninin müsabiqənin finalında çıxış edəcəyi "When the Music Dies" balladasının süjetini ən gözəl şəkildə bildirir. Xüsusi avadanlıq Səbinə və onun qrupu tərəfindən Crystall Hall səhnəsində 20 may tarixində keçirilmiş ikinci məşqi zamanı ilk dəfə sınaqdan keçirilib. Azərbaycan musiqisinin ənənələrini və bənzərsiz vokal sənətini Səbinə ilə birlikdə səhnədə əfsanəvi muğam ifaçısı Alim Qasımov da təqdim edəcək. Vokal partiyasını üç bek-vokalçı tamamlayacaq. Alim Qasımov - Azərbaycanda ən görkəmli muğam ifaçılarından biridir. Onun vokal bacarığını bütün dünyadakı pərəstişkarları, o cümlədən heyranedici İslandiya ifaçısı olan Byork yüksək qiymətləndirir. Alim xüsusi partiyanı ifa edəcək və Avropa auditoriyasına və bütün "Euriovision" tamaşaçılarına əfsanəvi Azərbaycan vokal tərzi olan muğamı təqdim edəcək. Ən müasir texnologiyalar və qədim ənənələr - bu cür qeyri-adi birləşməni Siz səhnədə, 26 mayda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin finalında Səbinə Babayevanın nömrəsində görəcəksiniz.

Digər xəbərlər