A variantı
I Söz birləşməsi nəyə deyilir?
A. İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlərə
B. İki yaxın mənalı sözlərin birləşməsi ilə yaranan sözlərə
C. İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
D. İki müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gələn sözlərə
II Ara söz işlənmiş cümlə hansıdır?
A. Düzünü Allah bilər
B. Düz danışsan başın ağrımaz
C. Düzü, bu işdən mənim gözüm su içmir
D. Elə hər işin düzdür
III Həmcins zərflikli cümləni göstərin:
A. Eşq olsun bu müqəddəs varlığa
B. Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır
C. Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq
D.Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü
IV Mübtəda ilə bağlı yanlış fikri seçin:
A. Mübtəda iş görəni, hərəkətin, əlamətin istinad olunduğu canlı və cansız varlıqları, hadisələri mücərrəd anlayışları bildirir
B. Mübtəda ismin yiyəlik halında olur
C. Mübtəda kim? nə? hara? Suallarına cavab olur
D. Mübtəda ismin adlıq halında olur
V Bakıya - respublikamızın paytaxtına getmişdik cümləsində əlavə hansı üzvə aiddir?
A. Zərflik
B. Təyin
C. Xəbər
D. Tamamlıq
I Dədə Qorqud nə vaxt yaşamışdır?
A.Eramızdan əvvəl
B.Məhəmməd peyğəmbərin zamanında
C. V - IV əsrlərdə
D. Nizaminin dövründə
II Ölkənin ədalətlə idarə olunması və vətənpərvərliyin, əmək adamının tərənnümü mövzuları hansı şairin yaradıcılığı üçün səciyyəvidir:
A.Xaqani
B.Nizami
C.Füzuli
D.Nəsimi
III Mirzə Ələkbər Sabir anadan olmuşdur:
A.1862 - ci ildə Şamaxıda
B.1861 - ci ildə Şuşada
C.1869 - cu ildə Şamaxıda
D.1865 - ci ildə Bakıda
IV Azərbaycan ədəbiyyatında ilk mənzum və alleqorik dram əsəri:
A."Kişmiş oyunu"
B."Çay dəstgahı "
C."Poçt qutusu"
D."Danabaş kəndinin məktəbi "
V "Molla Nəsrəddin" jurnalı bu şəhərlərdən birində nəşr edilməyib:
A.Tiflis
B.Bakı
C.Təbriz
D.Ankara
B variantı
I Aşağıdakılardan biri söz birləşməsi deyil:
A.Dağ havası
B.Böyük şəhər
C.Vətən üçün
D.Kitabı oxumaq
II Ara sözün işləndiyi cümləni göstərin:
A.Sənin dediklərin tamamilə düzdür
B.Düzdür, riyaziyyatdan bir az anlayıram
C.Yəqin etdim ki, sən düz demirsən
D. Güman gələn yerləri ələk - vələk etdilər
III Hansı cümlənin tamamlığı məsdərlə ifadə olunmuşdur?
A.Gələnləri qarşılayın
B.Yaşamağı atalardan öyrənin
C.Yaxşını pisdən ayırın
D.Biz onu tanıyırıq
IV Səhv fikri göstərin:
A. Felin təsriflənməyən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
B.İfadə vasitələrinə görə xəbərlər iki cür olur
C.İsim, sifət, say, əvəzlik, məsdər, feli sifət və zərflə ifadə olunan xəbərlərə ismi xəbərlər deyilir
D.Felin təsriflənən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
V Zərfin neçə məna növü var?
A. 6
B. 5
C. 4
D. 7
I Sabirin müəllimi olmuşdur:
A.Qasım bəy Zakir
B.Cəlil Məmmədquluzadə
C.Seyid Əzim Şirvani
D.Mirzə Fətəli Axundzadə
II "Dədə Qorqud" dastanına epos deyilir:
A.Məzmununa görə
B.Əhatə etdiyi əraziyə görə
C.Tarixi əhatəliyinə görə
D.Dilinə görə
III Səməd Vurğun neçənci ildə və harada anadan olmuşdur?
A.1916 - cı ildə Bakıda
B.1906 - cı ildə Qazaxda
C.1905 - ci ildə Şəkidə
D.1905 - cı ildə Qazaxda
IV Nizami Gəncəvinin "Xəmsə" yə daxil olan hansı poemasında vahid sujet xətti yoxdur?
A."Yeddi gözəl"
B."İsgəndərnamə "
C."Sirlər xəzinəsi "
D."Xosrov və Şirin"
V"Bax" qəzəli kimə ithaf olunmuşdur:
A.Vidadiyə
B.Aşıq Ələsgərə
C.Qasım bəy Zakirə
D.Seyid Əzim Şirvaniyə
Bütün Polşa onun haqqında danışır...