"Bakını çox bəyəndim. İştirak etdiyim hər "Eurovision" yarışmasını sevirəm, çünki mən bu müsabiqəyə illərdir ki, pərəstiş edirəm". Bunu eurovision.az saytına açıqlamasında Bakıya gələn "Eurovision" Mahnı Müsabiqəsinin ən yaşlı fanatı Ella Kastner deyib. 30 "Eurovision" yarışmasında iştirak edən Ella Kastner 102 yaşında olmasına baxmayaraq, hələ də müsabiqəyə olan həvəsini içindən ata bilmir. "Odlar Yurdu"nda keçirilən "Eurovision" Mahnı Müsabiqəsindən də danışan Ella, hər tədbirə Azərbaycanın üçrəngli bayrağı ilə qatılır.
Bütün Polşa onun haqqında danışır...