PDF Oxu

Mədəniyyət

  • 1 348

Nigar Camal və Dima Bilanın birgə kliplərinin təqdimatı keçirilib

Nigar Camal və Dima Bilanın birgə kliplərinin təqdimatı keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" müsabiqəsi ərəfəsi Bakı "Euro Klubun"da Dima Bilan və Nigar Camalın solo albomlarının, eləcə də, yeni kliplərinin təqdimatı keçirilib.

Ukraynada çəkilən klipin rejissoru Aleksey Lamaxdır. Məhz adı çəkilən ukraynalı rejissor Nigar Camalın "Crush on you" və "Never let you go" musiqili sosial videoçarxını çəkib. Təqdimat mərasimində, ilk olaraq, səhnədə yeni albomundakı mahnıları Nigar Camal səsləndirib. Daha sonra səhnəyə çıxan Dima Bilan Azərbaycan xalqını salamlayıb və "Eurovision-2012" Mahnı Müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunduğunu deyib: "Eurovision" böyük musiqi bayramıdır. Mənə sizləri görmək çox xoşdur. Bu möhtəşəmliyi elə yerindəcə yaşadığım üçün qürur duyuram. Sevinirəm ki, bütün bunlar məhz Bakıda baş verir". Repertuarındakı bir çox mahnıları səsləndirən Dima Bilan, konsertdə iştirak edən və ötən gün Bakıya gələn müsabiqənin 102 yaşlı fanatı Ella Kastneri salamlayıb. Dima Bilan Nigar Camalı səhnəyə dəvət edərək, onunla birgə ifa etdiyi - musiqisi İsa Məlikov, sözləri Paulina Volodkovskayaya məxsus "Qucaqla məni" ("Obnimi mena") mahnısını ifa ediblər. Onların ifası zamanı ekranlarda iki müsabiqə qalibinin yeni klipi nümayiş etdirilib. Nigar Camal bildirib ki, onlar Dima Bilanla qısa zaman kəsiyində çox yaxşı dost olublar və dostluğun əbədi olacağına inanır. Onlar gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Mərasimdə "Eurovision 2012" yarışmasının iştirakçıları, eləcə də, Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov iştirak edib.

Digər xəbərlər