Xəbər verdiyimiz kimi, 1956-cı ildə keçirilmiş ilk "Eurovision" Mahnı Müsabiqəsində təmsil etdiyi İsveçrəyə qalibiyyət qazandırmış Lis Asia 57-ci yarışmanın yarımfinal və final şoularını izləmək üçün Bakıya gəlib. "Eurovision" Mahnı Müsabiqəsinin ilk qalibi "Eurovision" Mərkəzində olub.
Eurovision.az saytına istinadla xəbər verir ki, isveçrəli qonaq mərkəzdə yarışmanın 57 illik tarixini və Azərbaycanın "Eurovision" səhnəsindəki qələbəsini əks etdirən ekspozisiyanı maraqla izləyib. Görkəmli müğənni, həmçinin, burada açılmış Azərbaycan milli musiqisi alətlərinin sərgisinə tamaşa edib.
Daha sonra "Atəşgah" Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda olan Lis Asia "Light your fire!" şüarının ölkəmizə çox yaraşdığını demişdir. Xanım müğənni mayın 26-da "Baku Crystal Hall"da böyük maraqla izləyəcəyi final şousu ərəfəsində bütün "Eurovision" fanatlarına buradan builki müsabiqənin əsas şüarı ilə səslənib.
Bütün Polşa onun haqqında danışır...