PDF Oxu

Mədəniyyət

  • 1 150

Böyük Britaniyanın “Eurovision-2012” təmsilçisi: “Sabah səhnəyə Elvis Presleyin hədiyyə etdiyi boyunbağı ilə çıxacağam”

Böyük Britaniyanın “Eurovision-2012” təmsilçisi: “Sabah səhnəyə Elvis Presleyin hədiyyə etdiyi boyunbağı ilə çıxacağam”

Böyük Britaniyanın "Eurovision 2012" Mahnı Müsabiqəsindəki təmsilçisi Engelbert Hamperdink vaxtilə dost olduğu dünya şöhrətli müğənni Elvis Presleydən kömək istəyib.

Mətbuat konfransında Engelbert Hamperdink mətbuat nümayəndələrinə dostluqlarını tərənnüm edən boyunbağını nümayiş etdirib: "Bu boyunbağını mənə uğur gətirsin deyə Elvis Presley bağışılayıb. Mən bunu daima cibimdə gəzdirirəm. Elvis Presley belə boyunbağıları ən yaxın dostlarına hədiyyə edərdi. Bu boyunbağı sabah da mənim cibimdə olacaq". O, ölkəsini "Eurovision" müsabiqəsində təmsil etməkdən məmnunluq duyduğunu ifadə edib. Məşhur müğənni Azərbaycanı bu müsabiqədə təmsil edən Səbinə Babayeva və İrlandiya təmsilçiləri "Jedward" qardaşları ilə görüşdüyünü deyib və təmsilçimizin möhtəşəm səsə malik olduğunu bildirib.

Digər xəbərlər