Azərbaycanı \"Eurovision\" Mahnı Müsabiqəsi 2012-də təmsil edən və 42 ölkə arasında 4-cü yeri qazanan Səbinə Babayevanın mayın 26-da \"Bakı Kristal Zalı\"ndakı çıxışı tanınmış ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eurovision.az saytı xəbər verir ki, əcnəbi mütəxəssislər Səbinə Babayevanın çıxışını möhtəşəm hesab edirlər. \"Eurovision\" eksperti Rassel Devis bildirir ki, Səbinənin ifası əsil triumf olub. \"Bu il Azərbaycan müsabiqədə yeni qələbəyə çətin imza atardı. Çünki yaranmış ənənəyə görə, ev sahibi ölkə müsabiqədə aşağı yerləri tutur. Bir çoxları \"When the Music Dies\" mahnısının 10-15-ci yerlərdə qərarlaşacağını deyirdi. Mən Səbinənin ifasını görəndə, həqiqətən də, heyran oldum. Alim Qasımovun möhtəşəm ifası onun çıxışının effektini artırırdı. Bu, mahnını yeni səviyyəyə qaldırdı\".
Məşhur ekspert Səbinənin səhnə obrazını da xüsusi qeyd edib. \"Ağ paltar və onun üzərindəki video-effektlər səhnə performansının digərlərindən seçilməsinə imkan yaratdı. Bu da onun çıxışının əsas məqamlarından idi və Səbinə rəqiblərini xeyli arxada qoydu\".
Rassel Devisin fikrincə, \"Eurovision\" Mahnı Müsabiqəsində 2008-ci ildən təmsil olunan Azərbaycan, elə həmin ildən öz yüksək mədəniyyətini sübut edir. \"Əgər İsveç təmsilçisi Lorin və \"Buranovskiye babuşki\" qrupu olmasaydı, Səbinə qələbəyə real namizəd idi\".
Zümrüd
Bütün Polşa onun haqqında danışır...