PDF Oxu

Mədəniyyət

  • 1 181

Udmurtiyada hər il nənələr günü bayram ediləcək

Udmurtiyada hər il nənələr günü bayram ediləcək

Udmurtiyada "Buranovskiye babuşki" qrupunun şərəfinə 26 may nənələr günü elan edilib. Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, bu qərar nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra verilib.

Qeyd edək ki, hazırda nənələr qastrola hazırlaşır. Eurovision.az saytı xəbər verir ki, nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup iyunun 3-də Junior "Eurovision 2012"-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.

Xatırladaq ki, "Eurovision Mahnı Müsabiqəsi 2012"-nin favoritlərindən olan "Buranovskiye babuşki" müsabiqənin final mərhələsində 26 təmsilçi arasında 2-ci yeri tutub.

Zümrüd

Digər xəbərlər