Görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə Türkiyənin TRT Avaz kanalında "Türk dünyasından izler" verilişinin yeni buraxılışı türk dünyasının görkəmli filosof-şairi, dramaturqu Hüseyn Cavidə həsr olunub.
Çəkilişləri AMEA Hüseyn Cavidin ev-muzeyinin yenicə təmirdən çıxmış ekspozisiyasında aparılan sənədli filmdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının H.Cavidin keçdiyi keşməkeşli həyat yolu, yaradıcılığı, bu gün muzeydə qorunan və nümayiş olunan dəyərli eksponatlar haqqında söylədiyi maraqlı faktlar öz əksini tapıb. Film muzeyin ekspozisiyasında nümayiş olunan əlyazmalar, fotolar, xatirə əşyaları, rəsm əsərləri, H.Cavidin əsərlərindən parçalar, H.Cavid tədqiqatçılarının dəyərli fikirləri əsasında hazırlanıb.
Qeyd edək ki, filmin bir nüsxəsi AMEA Hüseyn Cavidin ev- muzeyinin arxivində saxlanılır.
Zümrüd
Bütün Polşa onun haqqında danışır...