PDF Oxu

Mədəniyyət

  • 1 176

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib

Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib

Parisdə UNESKO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sessiyada Azərbaycanı YUNESKO yanında daimi nümayəndə, səfir Eleonora Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər.

Sessiyanın açılışında prezident, beş vitse-prezident və məruzəçidən ibarət iclasın bürosu müəyyənləşib. Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir E. Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib.

Qeyd edək ki, 2010-cu ilin iyun ayında UNESKO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinə üzv seçilib.

Zümrüd

Digər xəbərlər