Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, sözügedən məkanda yeni benefis - tamaşa hazırlanmışdır. Görkəmli rumın dramaturqu Mate Vişneçin "Qoca kloun tələb olunur" əsəri əsasında hazırlanan "Qoca kloun" tamaşası teatrın istedadlı rejissoru və aktyoru Nicat Kazımovun 40 illik yubileyi və səhnə fəaliyyətinin 21 illiyinə həsr olunmuşdur.
Tamaşanın müəllifi Nicat Kazımovdur. Yubilyar, eyni zamanda, əsas obrazlardan birini ifa edəcəkdir. Onunla bərabər digər rollarda aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, İlham Əsədov və Elnur Kərimov iştirak edirlər.
İki hissəli tragikomediya janrında olan tamaşa yaşlı aktyor-klounların həyatlarını, onların faciəli talelərini əks etdirir.
Məlumat üçün bildirək ki, benefis - tamaşa iyun ayının 10-da nümayiş etdiriləcək.
Zümrüd
Bütün Polşa onun haqqında danışır...