PDF Oxu

Mədəniyyət

  • 1 012

"Sarı gəlin" sənədli filminin təqdimatı keçiriləcək

"Sarı gəlin" sənədli filminin təqdimatı keçiriləcək

İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində "Ankaf" şirkətinin istehsal etdiyi "Sarı gəlin" sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və "Güven Klinik"in dəstəyi ilə təşkil olunan tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivlərinin ifasında "Sarı gəlin" mahnısı ifa ediləcək.

Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.

Zümrüd

Digər xəbərlər