Azərbaycanın populyar estrada müğənnisi İlhamə Qasımovanın "Bei Mir Bist Du Scheen" mahnısı və bu mahnıya çəkilmiş klipi məşhur "EMMAwards" mükafatına layiq görülüb.
Alman mətbuatının yaydığı xəbərə görə, bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi "Bei Mir Bist Du Scheen" mahnısı və klipi 190 namizədin arasından "Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib seçilib. Beləcə, istedadlı müğənnimiz SMS səsverməsinə görə ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub.
Almaniyanın paytaxtı Berlində keçirilən mərasimdə İlhamə Qasımova mükafatı almaq üçün "qırmızı xalça"nın üzərinə prodüseri Mark Dolar ilə birgə çıxıb. Müğənninin bu uğuru avropalı fanatların coşqusu ilə qarşılanıb.
Qeyd edək ki, İlhamə Qasımova MDB-də bu mükafatı alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq, görərik ki, onların əksəriyyəti dünya şöhrətli sənətçilərdir.
Zümrüd
Bütün Polşa onun haqqında danışır...