PDF Oxu

Mədəniyyət

  • 1 443

Kulturoloqların II Beynəlxalq Bakı Forumu

Kulturoloqların II Beynəlxalq Bakı Forumu

Mədəniyyət siyasətinin aktuallığının artması amili respublikamızda son dövrlərdə böyük vüsət alıb. Ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi misilsiz diqqət və qayğı nəticəsində mövcud sahənin inkişafı üçün lazımi şərait yaradılıb. Mədəniyyət sahəsində aparılan struktur islahatlarla yanaşı, mahiyyət etibarilə strateji əhəmiyyət kəsb edən yeni fəaliyyət istiqamətləri müəyyən edilmişdir ki, onlardan da biri mədəniyyət siyasətinin həyata keçirilməsində respublikanın qabaqcıl elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bunun vasitəsilə sahənin inkişafında elmin iştirakının təmin edilməsidir.

Respublikamızda həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlar ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşması, habelə, mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari ilin 12-13 iyun tarixlərində Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək.

Forumda yerli mütəxəssislər ilə yanaşı, cəmi 10 ölkədən, o cümlədən, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələrin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu -"Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu"dur.

Tədbir zamanı mədəniyyətin tədqiqi, habelə, beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə nazirliyin diplomları ilə təltifolunma mərasimi də təşkil olunacaq.

Forumun rəsmi açılış mərasimi iyunun 12-də Muzey Mərkəzində keçiriləcək.

Zümrüd

Digər xəbərlər