Azərbaycan turizm məkanı olaraq dünyada tanınır. Ölkənin artan iqtisadi potensialı, siyasi sabitliyi onun coğrafi ərazisi, relyefi, iqlimi, təbiəti dünya turizm bazarında Azərbaycanın imicini formalaşdırıb. Artıq son illərdə Azərbaycana gələn turistlərin sayının artan rəqəmlərlə müşayiət olunması reallıqlara əsaslanan amildir. "Eurovision-2012" Mahnı Müsabiqəsi tarixi turistlərin ölkəmizə axının sürətlənməsinə heç də şübhə yaratmır. Ölkəmizdəki qonaqpərvərlik və bütövlükdə istirahətin təşkili üçün lazımi şəraitin mövcudluğu otel və istirahət və mərkəzlərinin müasir standarlara uyğun təşkili saysız insanların diqqətində olmuşdur. Möhtəşəm layihə çərçivəsində saysız turist axını müşahidə olunmuşdur. Belə ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayarkən bildirib ki, "Eurovision"a gələn qonaqlarla bağlı müxtəlif rəqəmlər səslənə bilər: "Rəsmi olaraq, müsabiqənin iştirakçıları və nümayəndə heyətləri ilə bağlı olan qonaqların sayı təxminən 6 - 7 min civarındadır. Eyni zamanda, Azərbaycanın sərhədini 15 gün müddətində 103 min adam keçib". Adətən, 15 gün müddətində Azərbaycana 30-40 min nəfərdən çox adam gəlmir. Bu, normal qaydadır. Ə.Qarayevin sözlərinə görə, müsabiqə ərəfəsində və günlərində ölkəmizə turizm məqsədilə gəlmiş insanların sayının 50 mindən çox olması nəticəsinə gəlmək olar. Bütün mehmanxanalardakı yataq yerlərində, evlərdə, öz yaxınlarının, qohumlarının yanında yerləşdirilməklə turizm məqsədilə ölkəmizə gəlmiş insanların sayı 50 mindən çox olub. "Eurovision" mühitinə daxil olmaq, bu sevinci yaşamaq, insanlarla bərabər olmaq üçün Azərbaycana gələnlərin sayı artıb.
"Eurovision"un Azərbaycanda böyük uğurla keçirilməsi ölkəyə turist axınının çoxalmasına böyük təkan verəcək. O deyib ki, müsabiqə ərəfəsində və günlərində Azərbaycana daha çox gediş-gəliş üçün nəqliyyatı asan, birbaşa aviareysləri olan ölkələrdən, qonşu dövlətlərdən - Gürcüstan, İran, Türkiyə və Orta Asiyadan turist gəlib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...