PDF Oxu

Mədəniyyət

  • 1 111

Bakı şəhər muzeylərində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Bakı şəhər muzeylərində 15 İyun Milli Qurtuluş Günü qeyd olunub

Dünən Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərində olan muzeylərdə bir sıra tədbirlər keçirildi. Azərbaycan Milli İncəsənət Muzeyində "Müstəqilliyimizin töhfələri" adlı mühazirə təşkil olunmuşdur. Məruzə muzeyin elmi işlər üzrə direktor müavini E.Qasımova tərəfindən iştirakçılara təqdim olundu. Məruzədə Azərbaycanın imperiyanın buxovlarından azad olması, müstəqilliyimizin ilk illərində ölkədə baş verən ictimai-siyasi vəziyyət yer almışdır. Natiq ölkəni məhvolma təhlükəsindən xilas edən, xalqın xilaskar oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsi ətrafında geniş danışdı.

Tədbirdə Dövlət Konservatoriyasının tələbələrindən ibarət "Qurtuluş tariximiz" adlı konsert proqramı maraqla qarşılandı.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş "Mədəniyyətimizin hamisi" adlı tədbir keçirildi. Tədbir çərçivəsində Ümummilli Liderin muzeyin açılışında və simpoziumda iştirakını və eləcə də, müxtəlif sənətkarlarla görüşlərini əks etdirən "Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti" mövzusunda foto-sərgi təşkil olunmuşdu. Tədbir iştirakçılarına mövzu ilə bağlı mühazirə oxundu.

Qeyd edim ki, tədbirdə Azərbaycan Respublikasının Daxili Qoşunlarının hərbi qulluqçuları iştirak edirdilər.

Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xalça sənətinə göstərdiyi böyük diqqət və qayğı haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaq idi.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilən tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, onun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən çarx nümayiş etdirildi. Həmçinin, tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş guşə ilə də tanış ola bildilər. Tədbirdə Nazirlər Kabineti Yanında Respublika Əmək və Veteranlar Şurasının məsul katibi və üzvləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllim və tələbə heyəti, Bakıdakı ev- muzeylərinin əməkdaşları tamaşaçı qismində iştirak edirdilər.

Qeyd edim ki, 15 iyun tarixində muzeydə "Açıq qapı" günü elan ediləcək.

14 iyun tarixində təşkil olunan tədbirlərdən biri də Azərbaycan İstiqlal Muzeyində baş tutdu. Muzeyin ekspozisiyasında Milli Qurtuluş Gününə həsr olunmuş numunələr daxil edilmişdi. Tədbirdə Azərbaycan Respublikası Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Səbail rayon Qadınlar Cəmiyyətinin sədri Almara Hümbətova, Hərb Tarixi Muzeyinin əməkdaşı Lalə Hüseynova, Azərbaycan İstiqlal Muzeyinin elmi-ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan, onun millətimiz, dövlətçiliyimiz üçün göstərdiyi xidmətlərdən söhbət açıldı. Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu. Filmin rejissoru Fuad Əlişovdur.

Tədbirdə Hərb Tarixi Muzeyinin, Gənc Turizm Diyarşünaslıq Mərkəzinin əməkdaşları, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edirdilər. Qonaqlar Azərbayacn xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətini əks etdirən muzeyin ekspozisiyası ilə tanış oldular.

Zümrüd

Digər xəbərlər