PDF Oxu

Mədəniyyət

  • 1 105

Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş poeziya gecəsi

Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş poeziya gecəsi

Azərbaycanın Polşadakı səfirliyinin və "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin birgə təşəbbüsü ilə Varşavada fəaliyyət göstərən Y.Yaşinski adına 72 nömrəli orta məktəbdə dahi Azərbaycan filosof şairi, Şərq renessansının banisi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş poeziya gecəsi keçirilib.

Məktəbin direktoru, "Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin üzvü xanım Bojena Kozak tədbirin əhəmiyyətindən danışıb.

Poeziya gecəsində çıxış edən səfir Həsən Həsənov Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycanın müasir ədəbiyyatı və incəsənəti haqqında iştirakçılara ətraflı məlumat verib. H.Həsənovun çıxışı Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı səfirlik tərəfindən tədbir üçün xüsusi olaraq hazırlanmış slaydlarla müşayiət olunub.

"Azərbaycan Mədəniyyət Mərkəzi" Cəmiyyətinin sədri Şəhla Kazımova rəhbərlik etdiyi qurumun Nizami Gəncəvinin xatirə gecəsinin keçirilməsinə cəlb olunmasından məmnunluğunu bildirib.

"Paradoks" teatrının rejissoru Rişard Yakubişak Nizami Gəncəvinin "İsgəndərnamə" poeması haqqında danışmışdır. Daha sonra R.Yakubişakın rəhbərliyi altında "Bay" Kukla Teatrının aktyorları və Y.Yaşinski adına 72 nömrəli orta məktəbin şagirdləri tərəfindən hazırlanmış "Makedoniyalı İsgəndərin Bərdə hakimi Nüşabə ilə görüşü" səhnəsi göstərilib.

İştirakçılara Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən rəngli açıqcaların paylandığı tədbirdə Azərbaycanla bağlı fotosərgi də keçirilib.

Poeziya gecəsi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


ZÜMRÜD

Digər xəbərlər