PDF Oxu

Mədəniyyət

  • 1 454

"Kinoşok" Açıq Kino Festivalının qalib filmlərinin nümayişi başlayıb

"Kinoşok" Açıq Kino Festivalının qalib filmlərinin nümayişi başlayıb

Xalqın tarixi keçmişini yaşadan və sabaha aparan sahələrdən ən maraqlısı incəsənətin bir qolu olan kinodur.Təbii ki, burda rejissorun dünyaya və hadisələrə fəlsəfi baxışı, duyğu və düşüncəsi mühüm rol oynayır. Elə Nizami Kino Mərkəzində nümayişi başlayan "Kinoşok" Beynəlxalq Kino Festivalı çərçivəsində təqdim olunacaq filmlər Azərbaycan tamaşaçısına 4 müxtəlif ölkə kinomatoqrafiyasına məxsus ekran əsərləri ilə daha yaxından tanış olmaq imkanı qazandıracaq. Festivalın 20 illiyinə həsr olunan tədbirdə filmlərin nümayişindən öncə mətbuat konfransı keçirilib.

Konfransda bildirilib ki, festivalın tarixi 1992-ci ildən başlayır. Festival Rusiya kinosunu əhatə edən Soçi "Kinotavr"ının alternativi kimi düşünülüb. "Kinoşok" mətbuat mərkəzinin rəhbəri Vera Musatova hamını təəccübləndirmək və heyrətə salmaq istəyi ilə festivala "Kinoşok" adının verildiyini qeyd edib. Tədbirin başlıca məqsədi MDB ölkələrinin tamaşaçılarını son iyirmi ildə müasir kinematoqrafiya əsərləri kolleksiyasını təşkil edən və indiki tanınmış, nüfuzlu kino ustalarının fəaliyyətinə start vermiş filmlərlə tanış etməkdir.

Dörd filmdən ibarət yubiley proqramının açılışı rejissor Rüstəm Abdraşevin "Dirçəliş adası" filmi ilə başlayıb. Filmin əsas ideyası iki məktəblinin sevgisi üzərində qurulub. Filmlərə baxış Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu Latviya, Litva və Estoniyanın təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, filmlərin nümayişi iki gün davam edəcək. Proqram çərçivəsində süjet xətti və ideyasına görə bir-birindən fərqlənən 4 film nümayiş olunacaq.


ZÜMRÜD

Digər xəbərlər