PDF Oxu

Mədəniyyət

  • 32 206

Azərbaycan musiqisində ilk simfonik əsərlərin yaradıcısı

image

Bu gün Azərbaycanın dirijoru, bəstəkar, xalq artisti Niyazinin doğum günüdür. Böyük sənətkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam milli musiqi sənətimizə verilən diqqətin daha bir nümunəsidir. Tbilisi şəhərində, dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olan sənətkar yaradıcılıq yolu ilə sənət tariximizə əbədi olaraq ismini həkk edib. Onun iri həcmli əsərlərinin musiqi dünyamızda xüsusi mövqeyi var. Niyazinin \"Xosrov və Şirin\" operası, \"Zaqatala süitası\", \"Qaytağı\", \"Konsert valsı\" simfonik əsərləri, \"Rast\" simfonik muğamı, \"1920-ci ildə\" opera-kantatası, simfonik orkestr üçün \"Rəqs süitası\", Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı \"Çitra\" baleti və başqa musiqi əsərləri yaradıcılıq irsinin əsasını təşkil edir.

Azərbaycan musiqisində ilk simfonik əsərlərin yaradıcılarından olan Niyazi, milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. 1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmişdir.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən, Ü.Hacıbəylinin \"Koroğlu\" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin \"Nərgiz\", Q.Qarayev və C.Hacıyevin \"Vətən\", F.Əmirovun \"Sevil\", P.Çaykovskinin \"Qaratoxmaq qadın\", A.Borodinin \"Knyaz İqor\", J.Bizenin \"Karmen\", C.Puççininin \"Bohema\", B.Smetananın \"Satılmış gəlin\" operalarını, S.Hacıbəyovun \"Gülşən\", Q.Qarayevin \"7 gözəl\", \"İldırımlı yollarla\" baletlərini tamaşaya hazırlamışdır.

Niyazi Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru olmuşdur. Niyazinin \"Konsert valsı\" və başqa simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur.

Niyazinin \"Çitra\" baleti böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. 1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuşdur.


ZÜMRÜD

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib