PDF Oxu

Mədəniyyət

  • 1 060

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri AMEA-da Hüseyn Cavidin ev-muzeyində olub

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri AMEA-da Hüseyn Cavidin ev-muzeyində olub

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan AMEA-da Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər. Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ona muzeyin tarixi, H.Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsinin taleyi haqqında ətraflı məlumat verib.

Seyid Əhməd Arslan bu yaxınlarda Türkiyənin Yalova adasında türk yazarlarının muzeyinin açılacağını, burada tanınmış Azərbaycan sənətkarları - Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmmədhüseyn Şəhriyarın guşələrinin olacağını bildirib. Türkiyə nümayəndə heyəti guşənin yaradılması üçün AMEA-ya Hüseyn Cavidin ev-muzeyinə müraciət etmək niyyətindədir. Müşavir Türkiyə səfirliyinin muzeylə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

G.Babaxanlı azərbaycanlı yazarların guşəsinin yaradılmasında hər cür köməyin göstəriləcəyini vurğulayıb. Sonda qonağa H.Cavidin "Seçmə aforizmlər" kitabı və muzeyin hazırladığı təqvim hədiyyə olunub.


ZÜMRÜD

Digər xəbərlər