Akademik Milli Dram Teatrının mətbuat xidmətindən "SƏS" qəzetinə verilən məlumata istinadən, H.Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan "Gəncə qapıları" tamaşasının premyerası iyunun 24-dən 29-nadək davam edəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sergey Skomoroxov, bəstəkarı Rüfət Xəlilov, rejissor assistentləri Rəfiqə Musayeva və Ceyran Həsənovadır.
Tamaşada Gəncə xanı Cavad xanın obrazını əməkdar artist Kazım Abdullayev canlandırır. Digər rolları xalq artistləri Hacı İsmayılov Məhəmməd xan, Rafiq Əzimov Hacı Məlik, əməkdar artistlər Mətanət Atakişiyeva Şükufə xanım, Elxan Quliyev Vəli xan, Əli Nur Georgi, Vəfa Rzayeva Nona, Abbas Qəhrəmanov Sisyanov, Pərviz Bağırov I Knyaz, Mirzə Ağabəyli II Knyaz, Tofiq Hüseynov Keşiş, Kazım Həsənquliyev Əhməd, Əsgər Məmmədoğlu Loriz, aktyorlar Şəhla İsmayılova Mələknisə, Rada Nəsibova Astagül, Elnar Qarayev Portnyakin, Elçin Əhmədov Eşikağası Yavər və Mirsənan Kazımlı Sərdar ifa edirlər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...