Bakı şousu dünya musiqisevərlərinin ən çox müzakirə mövzusuna çevrilib Bakı şousu dünya musiqisevərlərinin ən çox müzakirə mövzusuna çevrilib. Estoniya televiziyası Tallin şəhərinin ev sahiblik etdiyi "Eurovision" Mahnı Müsabiqəsi 2002-nin rəsmi saytı kimi eurovision.tv internet səhifəsini qeydiyyata aldırdı. Sayt artıq 10 ildir ki, bu funksiyanı uğurla davam etdirir. Böyük "Eurovision" ailəsini ətrafında birləşdirən internet səhifəsinə təkcə bu mövsümdə 100 milyon baxış olub. Sayta yerləşdirilən videolar 150 milyon dəfə izlənilib. Bu da ötənilki nəticədən 80% yüksəkdir. İnternet televiziyada canlı yayımlanan milli final konsertlərini izləyənlərin sayı 425 min nəfərə çatıb. Bu da ötən ilkilərlə müqayisədə onlayn tamaşaçı sayının 40% artdığını göstərir. Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision Mahnı Müsabiqəsi 2012" şousunun möhtəşəm final konsertini, ümumilikdə, 186 ölkənin tamaşaçısı eurovision.tv-dən izləyib. Onların sırasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, Polşa, İspaniya, eləcə də, Vatikan, Maldiv adaları və digər ölkələrin tamaşaçıları var. Elə bu ildən başlayaraq, Avropanın nüfuzlu televiziya müsabiqəsini "Eurovision" Family.tv daxil olmaqla 6 sosial şəbəkədə də izləmək mümkün olub. Hazırda müsabiqənin onlayn fanatlarının sayı 1 milyon nəfəri ötüb. May ayında "Bakı Kristal Zalı"nda keçirilən 3 möhtəşəm şou bütün dünya musiqisevərlərinin ən çox müzakirə mövzusuna çevrilib. Bu isə, öz növbəsində, Avropanın sevimli televiziya şousuna artan maraq və böyük "Eurovision" ailəsinin tükənməz əməyinin nəticəsidir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...