PDF Oxu

Mədəniyyət

  • 1 147

Azərbaycan muğam üçlüyünün konserti olub

Azərbaycan muğam üçlüyünün konserti olub

Cabbar Qaryağdı oğlu adına Azərbaycan muğam üçlüyü "İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki şəhərindəki "Çələbixan" sarayında maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertdə xalq artisti Mələkxanım Əyyubovanın Möhlət Müslümov və Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1984-cü ildə birinci muğam müsabiqəsinin qalibi olmuş C. Qaryağdı oğlu adına muğam üçlüyü fəaliyyətini bu gün də uğurla davam etdirir. Üçlüyün yaradıcıları xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) Azərbaycanın tanınmış ustad və gənc xanəndələri ilə birlikdə respublikamızda, eləcə də, bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış etmiş, muğamımızı, xalq mahnılarını təbliğ ediblər. Müxtəlif illərdə üçlüyün tərkibində xanəndələr Zahid Quliyev, Zabit Nəbizadə, Elçin Cəlilov, İrşad İbişov, Mənsum İbrahimov, Babək Niftəliyev, qadın xanəndələr Qəndab Quliyeva, Səkinə İsmayılova və Mələkxanım Əyyubova çalışıb.

Konsertin sonunda muğam üçlüyünə şəhər icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər