PDF Oxu

Mədəniyyət

  • 1 263

Şəki Xan Sarayının yubileyi ilə bağlı tədbirlər keçiriləcək

Şəki Xan Sarayının yubileyi ilə bağlı tədbirlər keçiriləcək

İyulun 4-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə özünün bir sıra unikal xüsusiyyətlərinə görə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Yubiley tədbirləri Şəki şəhəri "Yuxarı baş" tarix-memarlıq qoruğunun ərazisində, respublikamızın mədəniyyət və incəsənət xadimlərinin, folklor qruplarının iştirakı ilə baş tutacaqdır. Tədbirlər çərçivəsində XVIII əsr Şəki xanlığının tarixini əks etdirən teatrlaşdırılmış səhnənin təqdimatı və qala divarları daxilində "Şərq bazarı" adlı satış yarmarkasının təşkil olunması da nəzərdə tutulub. Axşam saatlarında isə Aşağı Karvansarada yubiley tədbirləri və "İpək yolu" Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanmış mərasimi keçiriləcək.

Hazırda Şəki Xan Sarayının "Yuxarı Baş" tarix-memarlıq qoruğu ilə birgə kompleks şəkildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə ötən ay nüfuzlu beynəlxalq ekspertlər ölkəmizdə səfərdə olmuş, abidəyə baxış keçirmiş və lazımi prosedur tədbirlərinin icrasına başlanılıb. Qeyd edək ki, ekspertlər bu abidənin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmə ehtimalını çox yüksək qiymətləndirirlər.

Zümrüd

Digər xəbərlər