Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti və rejissor sənəti fakültələrinin tələbələri arasından seçilən səkkiz gənc Slovakiyada beynəlxalq folklor festivalında iştirak edib. Slovakiya Prezidenti İvan Qasparoviçin himayəsi altında Filosof Konstantin adına Nitra Universitetinin və bu ölkənin Təhsil, Elm və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən \"Akademika Nitra-2012\" Beynəlxalq Folklor Festivalına dünyanın 50 ölkəsindən 700-dək təmsilçi qatılıb. ADMİU-nun rejissor sənəti fakültəsinin müəllimi, dosent Hafiz Quliyevin rəhbərliyi altında mötəbər beynəlxalq tədbirdə çıxış edən tələbələr arasında aşıq, iki rəqqas və milli trio var. Ölkənin bir sıra şəhərlərində keçirilmiş konsert proqramlarında azərbaycanlı gənclərin çıxışları maraqla qarşılanıb. Onların birlikdə ifa etdikləri folklor parçasında xalqımızın milli adətləri, geyimləri, ifaçılıq mədəniyyəti əksini tapıb. Yekunlaşan festival çərçivəsində xalq incəsənəti və sənətkarlıq, orijinal xalq geyim sərgiləri, Nitra ərazisinin tarixi yerlərinə ekskursiyalar və gənclərlə müxtəlif görüşlər təşkil edilib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...