PDF Oxu

Mədəniyyət

  • 1 226

Emin Ağalarov Yaşıl Teatrda xeyriyyə konserti verib

Emin Ağalarov Yaşıl Teatrda xeyriyyə konserti verib

Yaşıl Teatrda Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni-bəstəkar Emin Ağalarov solo konsert proqramı ilə çıxış edib. Xeyriyyə məqsədli konsert anşlaqla baş tutub. Emin əsasən, ağ rəngdən istifadə olunmuş səhnədə pərəstişkarlarının qarşısına "Eurovision-2012" Mahnı Müsabiqəsinin final mərhələsində ifa etdiyi "Never enough" mahnısı ilə çıxıb. Müğənni bu kompozisiyanı Bakı Simli Kamera Orkestri kaman və balabanın müşayiəti ilə ifa edib. Sənətçi konsertdə əsasən öz musiqilərini ifa edib. Repertuarına daxil olan köhnə mahnıları ilə yanaşı, o, yeni işıq üzü görən "After the Thunder" albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib. İlk ifadan sonra zaldakı tamaşaçıları salamlayan Emin dünyanın bir çox şəhərlərində çıxış etdiyini, Bakıdakı konsertlərinin öz həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Emin Ağalarov "After the Thunder" albomunu dünyanın bir çox ölkələrində təqdim edəcəyini deyib. Konsertdə, həmçinin, ölkəmizi 57-ci "Eurovision" musiqi yarışmasında təmsil edən Səbinə Babayeva "When the music dies" mahnısını tamaşaçılar üçün bir daha ifa edib. Emin zalda əyləşən "Eurovision 2011"-in qalibi Eldar Qasımovu salamlayıb və bir daha ona uğurlar arzulayıb. Tamaşaçılar Bakıda keçirilmiş 57-ci "Eurovision" Mahnı Müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olublar.

Tamaşaçılara Eminin "After the Thunder" albomu da təqdim olunub. Bu albomda yer alan 11 mahnı ingilis, 2 mahnı isə rus dilindədir. Müğənninin "Eurovision-2012" Mahnı Müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxil edilib.


ZÜMRÜD


Digər xəbərlər