PDF Oxu

Mədəniyyət

  • 1 237

VIII Bakı Beynəlxalq Müəllif Mahnısı Festivalının bağlanış mərasimi olub

VIII Bakı Beynəlxalq Müəllif Mahnısı Festivalının bağlanış mərasimi olub

Rəşid Behbudov adına Mahnı Teatrında VIII Bakı Beynəlxalq Müəllif Mahnısı Festivalının bağlanış mərasimi oldu.

Ənənəyə görə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən festivalın sponsoru qismində Gənclər və İdman Nazirliyi çıxış edib.

Festival laureatların iştirakı ilə qala-konsertlə başa çatmışdır.

"Bakı-ən yeni tarix" devizi altında keçirilən festivalda peşəkar müğənnilərlə yanaşı, həvəskarlar da iştirak edirdi.

Müəllif mahnısı konsertləri iyulun 10-dan 19-dək təşkil edilib. "Tibilisi müəllif mahnısı klubu" bu ililk dəfə olaraq, festivalda iştirak edib.

Festival çərçivəsində məşhur bard, memar və rəssam Aleksandr Baryudinin təsviri sənət və qrafika janrında işlərinin sərgisi açılıb.

Builki festivalda, ilk dəfə olaraq, müsabiqə keçirilib.Müsabiqənin qaliblərinə qala-konsertdə mükafatlar və diplomlar təqdim edilib.

Qala-konsert bu festivalın ilk laureatları Çingiz Bahadov və Aleksandr Vaninin çıxışları ilə başlanıb.

ZÜMRÜD

Digər xəbərlər